“Əvvəllər heç kim inanmırdı ki…”…
“Əvvəllər heç kim inanmırdı ki…”
Amerika Birləşmiş Ştatları üçün “Bakı-Tiflis-Ceyhan” boru kəməri layihəsi çox əhəmiyyətlidir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu bu gün İstambulda keçirilən energetika sammitində ABŞ-ın vitse-prezidenti Co Bayden bildirib.
O deyib: “Əvvəllər heç kim inanmırdı ki, Azərbaycan, Gürcüstan və Türkiyə bu genişmiqyaslı, beynəlxalq layihəni reallaşdırmağı bacaracaq.”
C.Bayden diqqətə çatdırıb ki, neft kəmərinin tikintisi Azərbaycanın liderliyi ilə baş tutub.