ABŞ Rusiyaya xəbərdarlıq etdi

“Ukraynada separatçıları dəstəkləməyə son qoyun”…

“Ukraynada separatçıları dəstəkləməyə son qoyun”.

Ukraynada separatçıların intensiv hücumları ABŞ-ın Rusiyaya növbəti dəfə xəbərdarlıq etməsinə səbəb olub. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, ABŞ dövlət katibi Con Kerri verdiyi açıqlamada Rusiyadan tələb edib ki, Ukrayna ilə sərhədi bağlasın və Ukraynadakı separatçıları dəstəkləməyə son qoysun. 

Kerri eyni zamanda Mariupolda 30 nəfərin ölümü, 80 nəfərin yaralanması ilə nəticələnən bombardmanı da pisləyib. Buna görə separatçıları ittiham edib.

Onun sözlərinə görə, əgər hücumlar davam etsə, Rusiyaya yeni sanksiyalar qoyula bilər.

www.oxu.az