Tələbə mübadiləsi istiqamətində işlər görüləcək…
Tələbə mübadiləsi istiqamətində işlər görüləcək.
Bu gün ADA Universiteti və ABŞ-ın nüfuzlu Hyuston Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, memoranduma əsasən tərəflər hər iki təhsil ocağının müəllim, professor və tələbə heyəti üçün yeni imkanların yaradılması istiqamətində əməkdaşlığa, birgə layihələr vasitəsilə Azərbaycan və ABŞ, Bakı və Hyuston arasında regional anlaşmanın inkişafına töhfələr verəcəklərinə, enerji sahəsi üzrə elmi araşdırmalar, birgə qısamüddətli ixtisasartırma və magistartura proqramları, o cümlədən tələbə mübadiləsi istiqamətində işlər görəcəklərinə razılıq veriblər.
Memorandum ADA Universitetinin rektoru səfir Hafiz Paşayev və Hyuston Universitetinin rektoru Renu Khator tərəfindən imzalanıb.
Qeyd edək ki, ADA Universiteti artıq ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Argentina, Niderland Krallığı, Çin, Litva kimi ölkələrin bir sıra universitetləri ilə yaxından əmədaşlıq edir.
/Oxu.az/