ADY Bakı dəmir yolu vağzalının köçürülməsindən danışdı

“Nəqliyyat Nazirliyinə əvvəlcə müraciət olunmalıdır”…

“Nəqliyyat Nazirliyinə əvvəlcə müraciət olunmalıdır”.

Paytaxtın mərkəzindən Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-yə heç bir müraciət daxil olmayıb.

Oxu.Az xəbər verir ki, bunu APA-Economics-ə “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bildirib. 

“Vağzalın deposu, təmiri, qış yeri, habelə qatarların çəkilib stansiya verilməsi məsələləri var. Lakin bunun üçün Nəqliyyat Nazirliyinə əvvəlcə müraciət olunmalı, qərar qəbul edilərsə, vağzalın infrastrukturunun köçürülməsi üçün vağzal tikilməlidir. Nəqliyyat Nazirliyinin razılığı olmadan heç nəyin köçürülməsi və dəmiryolunun kənarında tikililərin aparılmasına icazə verilmir”, – deyə N.Əzməmmədov bildirib.

Qurum rəsmisi qeyd edib ki, hazırda məsələ ilə bağlı nə təklif, nə də rəsmi sənəd var. Həmçinin qurum tərəfindən də heç bir müraciət olmayıb.

Qeyd edək ki, Böyük Bakının Regional İnkişaf Planında dəmir yolu vağzalının köçürülməsi nəzərdə tutulub. Belə ki, Nəqliyyat Nazirliyi Bakı dəmir yolu vağzalının köçürülməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təkliflə müraciət etsə, yeni vağzal üçün yer ayrıla bilər.

www.oxu.az