Ağ Ev: Prezidentlər görüşəcək

“Rəsmi görüşü nəzərdə tutulmayıb”…

“Rəsmi görüşü nəzərdə tutulmayıb”.

Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Barak Obamanın “Böyük iyirmiliyin” sammitində qeyri-rəsmi görüşünün olacağını təsdiqləyib.

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının müşaviri Syuzan Rays açıqlama verib.

“Prezident Obamanın qrafikində Rusiya prezidenti Putinlə rəsmi görüşü nəzərdə tutulmayıb. Amma prezidentlərin qeyri-rəsmi görüşü olsa təəccüblənmək lazım deyil”, deyə Rays bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl G20-nin sammitində Obama ilə Putinin qeyri rəsmi görüşünün olacağı barədə xəbərlər yayılmışdı

www.oxu.az