Aİ miqrasiyanı müzakirə etmək üçün Türkiyə ilə növbəti sammit keçirə bilər

Aİ miqrasiyanı müzakirə etmək üçün Türkiyə ilə növbəti sammit keçirə bilər

Avropa İttifaqı gömrük əməkdaşlığı və miqrasiyanı müzakirə etmək üçün yaxın aylarda Türkiyə ilə növbəti sammit keçirə bilər.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk bildirib.

 

“Bu gün bizim təsisatlarımız  və Türkiyə hökuməti arasında sammit keçirilməsinin mümkünlüyü müzakirə edilib. Deyə bilərəm ki, gələn ay bu cür sammit təşkil etmək üçün mandatımız var. Biz Türkiyə ilə dialoqu davam etdirməli, bu cür formatda mütəmadi görüşlər keçirməliyik”, – deyə Tusk bildirib.     

 

Aİ təsisatlarındakı mənbə bildirib ki, Tusk yanvar ayını yox, yaxın ayları nəzərdə tutub, çünki ötən gün keçirilmiş Aİ sammitində növbəti zirvə görüşünün mart ayında keçirilməsi təklif olunub.      

 

Aİ Şurasının rəhbəri qeyd edib ki, Aİ Türkiyə ilə ümumi təşəbbüsləri başa çatdırmalıdır.   

 

“Biz keçirilə biləcək sammit zamanı gömrük və miqrasiya əməkdaşlığı məsələlərini müzakirə edə bilərik”, – deyə o qeyd edib.  

 

Tusk həmçinin qeyd edib ki, diskussiyalar yalnız viza rejiminin ləğvi məsələsini əhatə etməməlidir: “Bu, əvvəlki kimi, ən çətin çağırışdır, çünki bizim şərtlərimiz icra edilməlidir . Türkiyə, əvvəlki kimi, bunların hamısını, xüsusilə də, antiterror qanunvericiliyinə dair müddəanı icra etməyə çətinlik çəkir”, –  deyə Tusk bildirib.  

 

Apa.az