Müdafiə Nazirliyi işğal olunmuş Əsgəran rayonu ərazisində vurulan pilotsuz hərbi təyyarənin Azərbaycana aid olduğunu təsdiqləməyib.
“İşğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti yoxdur “, – Trend-in məlumatına görə, bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib… Ermənistan mətbuatı çərşənbə günü Əsgəran rayonu ərazisində Azərbaycana məxsus pilotsuz təyyarənin vurulması ilə bağlı məlumat yayıb.