İşğal olunmuş ərazilərdə vurulan təyyarənin Azərbaycana aidiyyəti yoxdur – Müdafiə Nazirliyi

Müdafiə Nazirliyi işğal olunmuş Əsgəran rayonu ərazisində vurulan pilotsuz hərbi təyyarənin Azərbaycana aid olduğunu təsdiqləməyib.
“İşğal olunmuş ərazilərdə yerə düşərək dağılan pilotsuz hərbi təyyarənin Azərbaycana heç bir aidiyyəti yoxdur “, – Trend-in məlumatına görə, bu barədə cümə axşamı Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib… Ermənistan mətbuatı çərşənbə günü Əsgəran rayonu ərazisində Azərbaycana məxsus pilotsuz təyyarənin vurulması ilə bağlı məlumat yayıb.