Alman jurnalist: İŞİD Buş-oğulun “əsəridir”

“Bu, bizə bumeranq kimi qayıdan öz döyüşçülərimizdir”…

“Bu, bizə bumeranq kimi qayıdan öz döyüşçülərimizdir”.

Alman jurnalist Yuqen Todenhofer İŞİD-in (İslam Dövləti) nəzarəti altında olan ərazilərə səfər etdikdən sonra terrorizmi Qərbin – ilk növbədə ABŞ-ın “əsəri” hesab etdiyini bildirib.

Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Todenhofer yaraqlılara məxsus düşərgələrə və onların nəzarəti altında olan Suriya və İraq ərazisinə səfər edib.

O, on günü ekstremistlərin ərazisində keçirib – yaraqlılarla uzunmüddətli yazışmadan sonra o, təhlükəsizliyə və iş üçün şəraitə zəmanət əldə edib.

“Son 200 ildə heç bir islam ölkəsi Qərb ölkəsinə hücum etməyib. Biz Əfqanıstanda, İraqda və Liviyada niyə müharibə apardığımızı izah etməliyik. İŞİD-in yaranma səbəblərindən danışdıqda isə, onun nə zaman yarandığını xatırlamalıyıq: bu, amerikalıların Bağdada girməsindən bir neçə həftə sonra yarandı. İŞİD Buş-oğulun “əsəridir”. Üzərimizə çökən vəhşət bizə bumeranq kimi qayıdan elə öz əsgərlərimizdir”, – jurnalist hesab edir.

Alman jurnalistin əsas ideyası, bir çox Qərb ölkələrinin vətəndaşları ilə bərabər islamçılar tərəfində döyüşən həmyerlilərindən müsahibə götürmək idi.

Alman jurnalist hesab edir ki, islam təşkilatları Qərb siyasətçilərindən güclüdürlər. “Bizim İŞİD ilə heç bir mübarizə strategiyamız mövcud deyil. Axı milyonlarla əhalisi olan şəhərləri beş min yaraqlıya görə bombardman etmək böyük sayda qurbanlar deməkdir, bu isə terrorizmin güclənməsinə yol açacaq, amma İŞİD-ə qalib gəlməyə yardım etməyəcək”, – o, iddia edir.