Almaniya Azərbaycanın icazəsi olmadan Xocalı aeroportundan uçuşları yolverilməz hesab edir

Hər hansı təyyarənin ölkənin icazəsi olmadan həmin dövlətin ərazisi üzərindən uçması yolverilməz və qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Azərbaycan Diplomatik Akademiyasında Yelisey müqaviləsinin 50 illiyinə həsr edilmiş tədbirdə bildirib.

“Əgər Azərbaycan öz ərazisindən istifadə edilməsinə icazə verməsə, bu istifadə qanunsuz sayılacaq “, – səfir jurnalistlərin işğal edilmiş Xocalıda aeroportun açılması ilə bağlı suallarını cavablandırarkən deyib…

Hər hansı təyyarənin ölkənin icazəsi olmadan həmin dövlətin ərazisi üzərindən uçması yolverilməz və qəbuledilməzdir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle Azərbaycan Diplomatik Akademiyasında Yelisey müqaviləsinin 50 illiyinə həsr edilmiş tədbirdə bildirib.

“Əgər Azərbaycan öz ərazisindən istifadə edilməsinə icazə verməsə, bu istifadə qanunsuz sayılacaq “, – səfir jurnalistlərin işğal edilmiş Xocalıda aeroportun açılması ilə bağlı suallarını cavablandırarkən deyib.

Fransanın Azərbaycandakı səfiri Paskal Monye, həmçinin jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyəti şərh edib.

Səfirin sözlərinə görə, tərəflər təxribatlardan çəkinməlidir.

“Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi, münaqişənin həlli üçün əlindən gələni edəcək “, – Monye qeyd edib.

 

Trend.az