Cümə günü namazdan sonra Almaniyanın Bremen şəhərindəki məscidə polis basqın edib…
Cümə günü namazdan sonra Almaniyanın Bremen şəhərindəki məscidə polis basqın edib.
Publika.az-ın məlumatına görə, 100-ə yaxın polisin iştirak etdiyi əməliyyat zamanı saxlanılan olmasa da, Məscid-i-Furqan Mədəniyyət və Ailə Dərnəyinə aid məscidin fəaliyyəti dayandırılıb.
Məlumata görə, dərnəyin fəaliyytinin qadağan edilməsinə dair qərar Bremen daxili işlər senatoru Ulriç Maurer tərəfindən verilib. Səbəb kimi isə məsciddə İŞİD-in təbliğatının aparıldığı və oxunan xütbələrdə cihada çağırışların olduğu göstərilib.
Rəsmi məlumatlara görə, dərnək üzvləri arasından bu günədək Suriya və İraqda İŞİD və Əl-Nusra terror təşkilatına 8 kişi, 7 qadın və 11 uşaq göndərilib.
Qeyd edək ki, bu günədək Almaniyadan Suriya və İraqda İŞİD-in tərkibində döyüşmək üçün 550 adam gedib. Onlardan 180 nəfəri geri dönüb. Digərlərinin taleyi isə hələlik məlum deyil.
/Publika/