Ana qızını xilas etmək üçün İŞİD-in “paytaxtı”na getdi – FOTO

Aişə İŞİD döyüşçüsü ilə sosial şəbəkələrdən birində tanış olub…

Aişə İŞİD döyüşçüsü ilə sosial şəbəkələrdən birində tanış olub.

İŞİD terrorçu qruplaşmanın döyüşçüsü Ömər Yılmaz ilə evlənmək üçün Suriyaya gedən hollandiyalı Aişənı anası Moniquenin xilas edib. 

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, 19 yaşındakı gənc qız Türkiyə kökənli Hollandiya vətəndaşı və İŞİD döyüşçüsü Ömər Yılmaz ilə sosial şəbəkələrdən birində tanış olub .

Aişə yardım istədikdən sonra onun anası Monique əvvəl Türkiyəyə oradan da İŞİD-ın Suriyanın Rakka bölgəsinə gedib. Gənc qızın anası Rakka da tapdığı qızı ilə bir yerdə Türkiyəyə qaça bilib. Ancaq Aişənin vəsiqəsi olmadığı üçün onlar Hollandiyaya qayıda bilməyiblər.

Daha sonra Hollandiya Xarici İşlər Nazirliyinin hərəkətə keçməsi və iki səfirliyin köməyi ilə Aişə və anasını qaytarmaq mümkün olub. 

Bundan sonra onlar Hollandiyaya gəliblər. Aişə Amsterdamda hava limanında polislər tərəfindən qarşılanıb. Gənc qızın istintaqa cəlb olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

/Oxu.az/