Askar Akayev Qarabağ haqqında: Vəziyyətdən çıxış yolu asan deyil

“Rusiya hər iki tərəfə nüfuz etmə qabiliyyətinə malikdir”…

“Rusiya hər iki tərəfə nüfuz etmə qabiliyyətinə malikdir”.

Qırğızıstanın sabiq prezidenti Askar Akayev “Vestnik Kavkaza” verdiyi müsahibəsində Dağlıq Qarabağ münaqişəsinə dair öz fikirlərini bölüşüb,Oxu.Az xəbər verir.

“Bu problemin tarixi var. Vəziyyətdən çıxış yolu asan deyil. İki dövlətə aid olan etnikarası münaqişələr hər zaman mürəkkəb olur. Hətta bir dövlətdə baş verən etniklərarası münaqişəni həll etmək çox çətindir, bunun üçün nəhəng müşahidəçi səyi tələb olunur. Burada isə söhbət iki dövlət arasında təzadlardan gedir.

Sadə çıxış yolu yoxdur, amma düşünürəm ki, bu münaqişə Rusiyanın vasitəçiliyi ilə sülh yolu ilə həll olunsa yaxşı olardı. Burada Rusiya hər iki tərəfə nüfuz etmə qabiliyyətinə malikdir. Əgər sülh yolu ilə həll olmaya əsaslanan, hər iki tərəfi razı salacaq çıxış yolu tapılsa, Rusiyanın vasitəçiliyi onun özünə də sərfəli olardı”, – A.Akayev deyib.

www.oxu.az