AŞPA həmməruzəçiləri gələn ay Azərbaycana səfər edəcəklər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Cozef Debono Qrex və Pedro Aqramunt ölkəmizə iyunun ortalarında gələcəklər. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin üzvü, Azərbaycanın AŞPA-da nümayəndə heyətin rəhbəri Səməd Seyidov deyib. Onun sözlərinə görə, Azərbaycan üzrə sonuncu hesabat bu ilin yanvarında təqdim olunub və qəbul edilib: “Növbəti hesabat iki ildən sonra təqdim olunmalıdır…

/APA/