ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü yüksək dəyərləndirir

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü alqışlayır…

ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən görüşü alqışlayır. Trend-in məlumatına görə, bu barədə Leonid Kojara ATƏT-in Nazirlər Şurasının Kiyevdə keçirilən iclasında çıxışı zamanı deyib. L.Kojara qeyd edib ki, dondurulmuş münaqişələrin həlli ATƏT-in fəaliyyətində mühüm yer tutur: “Biz bu münaqişələrin həllinə öz həmsədrlik gündəliyimizdə mühüm yer ayrımışıq “.

 

Bu ilin əvəlindən bu münaqişələrdən əziyyət çəkən ATƏT-ə üzv olan bütün ölkələrə səfər etdiyini deyən L.Kojara bildirib ki, münaqişələrin uzunmüddətli və sülh yolu ilə həllinə nail olmaq üçün bütün tərəfləri daha aktiv fəaliyyət göstərməyə çağırır.

 

Qeyd edək ki, bu gün Kiyevdə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası başlayıb.

Xatırladaq ki, 2014-cü il yanvarın 1-dən ATƏT-də sədrlik İsveçrəyə keçəcək. /Trend/