ATƏT sədrinin nümayəndəsi Azərbaycanın işğal altında olan ərazisinə səfər etdi

Anjey Kaspşik separatçıların lideri Bako Saakyanla görüşüb…

Anjey Kaspşik separatçıların lideri Bako Saakyanla görüşüb.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ötən gün Azərbaycanın işğal altında olan Xankəndi şəhərində olub.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Ermənistan mediasının verdiyi məlumata görə, ATƏT nümayəndəsi burada Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüşdə qoşunların təmas xəttindəki vəziyyət, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqlar prosesinə aid olan bir sıra məsələlər müzakirə olunub.

/oxu.az/