ATƏT sədrinin xüsusi nümayəndəsi: Ukraynanın ATƏT-də sədrliyi Qarabağ üzrə Minsk qrupunun səylərini dəstəkləyir

Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir…

Ukraynanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi Qarabağ münaqişəsinin sülh yolu ilə həllini və Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Yerevanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi, səfir Andrey Deşitsan Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşü zamanı bildirib. Bu barədə “Novosti-Armenia ” xəbər yayıb.

“Görüş zamanı Nalbandyan Ermənistanın və beynəlxalq birliyin Dağlıq Qarabağ münaqişəsinin həllinə istiqamətlənmiş addımlardan danışıb “, – bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Görüş zamanı tərəflər, həmçinin ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojaranın Ermənistana edəcəyi səfərlə bağlı məsələləri müzakirə ediblər.

/Trend/