“Əgər növbəti həftə həqiqi atəşkəs bərqərar olunsa, bunu irəliləyiş saymaq olar”…
“Əgər növbəti həftə həqiqi atəşkəs bərqərar olunsa, bunu irəliləyiş saymaq olar”.
İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in xarici İşlər Nazirləri Şurasının 21-ci sessiyası başa çatıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, sessiyanın ikinci iş günündə 19 qətnamə qəbul olunub. Bura regionda təhlükəsizlik və insan haqları məsələləri, gender problemləri, irqi və dini ayrı-seçkilik, antisemitizm, terrora qarşı mübarizədə birgə fəaliyyəti, münaqişələrin sülh yolu ilə həlli barədə sənədlər daxildir. Lakin Ukrayna böhranı ilə bağlı konsensus olmadığına görə, bu məsələ ilə bağlı yekun sənəd qəbul etmək mümkün olmayıb.
Sessiyanın yekun mətbuat konfransında çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri Didye Burxalter bildirib ki, Ukraynanın şərqində real atəşkəs şəraiti sülh prosesinə təkan verəcək. “Əgər növbəti həftə həqiqi atəşkəs bərqərar olunsa, bunu irəliləyiş saymaq olar”, – deyə D. Burxalter bildirib. O, Rusiyanı da bu istiqamətdə çalışmağa səsləyib və Minsk razılaşmasının əhəmiyyətini vurğulayıb.