ATƏT sədri: “Dağlıq Qarabağ və həlli uzanan digər münaqişələrə maksimum diqqət ayıracağıq”

“Sədrliyimiz dövründə ATƏT məkanında Dağlıq Qarabağ kimi həlli uzanan münaqişələrə maksimum diqqət ayıracağıq”.

Bu sözləri ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Angelino Alfano “RİA Novosti”yə müsahibəsində deyib.

A. Alfano həllinə diqqət ayıracaqları münaqişələr sırasında Ukrayna, Dnestryanı və Gürcüstan münaqişələrini də qeyd edib.

APA