Səsvermə olacaq…
Səsvermə olacaq.
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları altı ay müddətinə uzatmaq fikrindədir. Bu, “Reuters” agentliyinin sərəncamında olan, Aİ xarici işlər nazirlərinin yekun bəyanatının layihəsindən məlum olub.
Bu məsələ üzrə səsvermə cümə axşamı yanvar ayının 29-da baş tutacaq. Yekun qərar Brüsseldə fevral ayının 12-də sammitdə qəbul ediləcək.
Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.
Bəyanatın layihəsinə əsasən, Avropa İttifaqının XİN rəhbərləri Avropa komissiyasına bir həftə ərzində qara siyahıya yeni adlar daxil etməklə onu genişləndirmək xahişi ilə müraciət ediblər.
Bu ilin mart ayında 2014-cü ilin mart ayının 17-də qəbul edilmiş Rusiyaya qarşı sanksiyaların birinci paketinin qüvvədə olma müddəti bitir. O zaman Brüssel sanksiya siyahısına Krımın statusuna dair referendumla əlaqədar 21 Rusiya və Ukrayna məmurunun və siyasətçisinin adı düşüb. 2014-cü il ərzində siyahı bir qədər genişlənib.