Avropa sakinləri nəzarət olunmayan miqrasiyanı sülhə və təhlükəsizliyə əsas təhlükə hesab edirlər

Son sosioloji tədqiqatların nəticələri sübut edir ki, Avropa sakinlərinin yarısı terrorçuluğu, beynəlxalq mütəşəkkil cinayətkarlığı, Afrika və Yaxın Şərqdən nəzarət olunmayan miqrasiyanı sülhə və təhlükəsizliyə əsas təhlükə hesab edirlər.

AZƏRTAC xəbər verir ki, agentliyin xüsusi müxbirinin statistik göstəricilər əsasında apardığı tədqiqatın yekununa görə, avropalıların daha az hissəsi xarici xüsusi xidmət orqanlarından, ifrat sağçı və ifrat solçu qüvvələrdən, həmçinin Aİ məkanında uzun müddət yaşayan əcnəbilərdən ehtiyat edirlər.

Respondentlərin 58 faizi terrorçuluğu, 54 faizi isə miqrantları ciddi təhlükə adlandırıb. Eyni zamanda, terrorçuluqdan qorxanların sayı son illər qismən aşağı düşüb. Xatırladaq ki, miqrasiya böhranının pik həddi sayıldığı 2015-ci ildə Aİ ölkələri əhalisinin 81 faizi terrorçuluğu əsas təhlükə hesab edirdi.

AZƏRTAC