Avropa Şurası Parlament Assambleyası (AŞPA) ombudsmanların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib

Avropa Şurası Parlament Assambleyası (AŞPA) ombudsmanların fəaliyyəti ilə bağlı qətnamə qəbul edib. 

Sənəddə bildirilir ki, üzv ölkələrdəki insan hüquqları üzrə müvəkkillər öz qayda-qanunları əsasında fəaliyyət göstərirlər. 

Bu səbəbdən AŞPA bütün ölkələr üçün ombudsmanların fəaliyyəti ilə bağlı ümumi qaydalar işləyib hazırlamağa və tətbiq etməyə çağırır. 

Qətnamədə üzv dövlətlər ombudsmanların fəaliyyətini dəstəkləməyə, genişləndirməyə və diqqət mərkəzində saxlamağa dəvət olunurlar.

Report