Avropada və ABŞ-da İŞİD-i daha çox sevirlər, nəinki Şərqdə – ARAŞDIRMA

İŞİD terror təşkilatı Avropa və ABŞ-da daha çox nüfuza malikdir, nəinki İraq və Suriyada…

İŞİD terror təşkilatı Avropa və ABŞ-da daha çox nüfuza malikdir, nəinki İraq və Suriyada.

Publika.az-ın məlumatına görə, İslam Dövləti ilə bağlı xüsusi araşdırma aparan Milan Universiteti bu qənaətə gəlib. Universitet iyul ayından oktyabr ayınadək sosial mediada paylaşılan 2 milyon yazını araşdırıb. Nəticədə məlum olub ki, Avropa və Amerikada İslam Dövlətinə müsbət münasibət Suriya və İraqdan daha artıqdır.

İtalyan araşdırmaçılar Suriyada qrupa pozitiv münasibətin 8, İraqda 19.7 faiz təşkil etdiyini bildirib.

Avropa ölkələrində isə İslam Dövlətini dəstəkləyənlərin sayı daha artıqdır. Belçikada bu göstərici 31, Britaniyada 24, Fransada isə 20.8 faiz təşkil edir.

Qətərdə qrupa 47, Pakistanda isə 35 faiz dəstək nümayiş etdirilir.

ABŞ-da Facebook və Tvitter-də İŞİD-ı 21.4 faiz ərəbdilli insanlar dəstəkləyir.

Londonda yerləşən Quilliam fondundan Erin Saltmanin dediyinə görə, müharibə təcrübəsi və terror əməlləri təhlükəsi altında olanların mövqeyi fərqlidir. O, təhlükədən uzaq olanların qrupun təbliğatına daha çox rəğbət göstədiyini deyir.

İslam Dövlətinə 35.6 faiz islamın müdafiəsi, 26.2 faiz proselitizm (dinin dəyişdirilməsi), 17.4 faiz insan isə dövlət quruculuğu baxımından dəstəkləyir.

32.8 faiz qrupun dindən siyasi vasitə kimi istifadə etdiyini, 28.9 faiz zorakılıq naminə, 17 faiz isə qrupun dini azadlıq da daxil edilməklə, azadlıq əleyhinə  olduğunu bildirib.

Tədqiqatçılar amerikalıların başının kəsilməsi və ABŞ-ın İŞİD-ə qarşı hava hücumları kimi halların qrupun tərəfdarları və onun əleyhinə olanların sayını artırdığını deyir.

Sosial mediada fikir bildirənlərin 93 faizi Txitter, digərləri isə bloqlar, Facebook və sosial medianın digər platformalarından əldə edilib.

 

/Publika/