Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov İspaniyanın «Abeinsa» şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı direktoru Joaquin Gomezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb…
Azərbaycanın energetika nazirinin müavini Natiq Abbasov İspaniyanın «Abeinsa» şirkətinin MDB ölkələri üzrə biznesin inkişafı direktoru Joaquin Gomezin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən əməkdaşlıq imkanları müzakirə edilib.
Bildirilib ki, «Abeinsa» şirkəti İspaniyanın «Abengoa» Şirkətlər Qrupunun mühəndislik-tikinti bölməsidir və şirkət günəş enerjisi, bio-yanacaq, sənaye mühəndisliyi və digər sahələr üzrə ixtisaslaşıb. Şirkət 70-dən çox ölkədə fəaliyyət göstərir, Avropada ən böyük, ABŞ-da isə 5-ci bio-yanacaq istehsalçısıdır.
N.Abbasov Azərbaycanda həyata keçirilən enerji layihələri barədə geniş məlumatlar verərək qarşı tərəfi maraqlandıran bir sıra sualları cavablandırıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Apa.az