Avtomobillər haqqında elektron arayışlar veriləcək

Onlar avtomobillərinin axtarışda olub-olmadığını elektron qaydada öyrənə biləcəklər…

Onlar avtomobillərinin axtarışda olub-olmadığını elektron qaydada öyrənə biləcəklər.

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələrinin zədələnməsinə dair elektron arayışlar təqdim edəcək

Oxu.Az xəbər verir ki, Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin sayı artırılıb.

Daxili İşlər Nazirliyinin təqdim etdiyi elektron xidmət növlərinin siyahısına nəqliyyat vasitələrinin mülkiyyətçilərinə avtomobilin axtarışda, yaxud yüklü olub-olmaması barədə  və nəqliyyat vasitələrinin zədələnməsinə dair arayışların verilməsi daxil edilib. 

www.oxu.az