Azərbaycan bayraqlarını traktorla yığışdırdılar

Məhkəmənin qarşısında olan şəxslər buna etiraz ediblər…

 

 

Məhkəmənin qarşısında olan şəxslər buna etiraz ediblər.

Abşeron rayon Məhkəməsinin qarşısında 9 noyabrda “Bayraq günü” ilə bağlı işıq dirəklərinə vurulan bayraqlar yığışdırılıb. 

Oxu.Az xəbər verir ki, bayraqların daşınması üçün traktordan istifadə olunub. Məhkəmənin qarşısında olan şəxslər buna etiraz ediblər. 

Etiraz edən AXCP sədrinin müşaviri Məmməd İbrahim “Traktor zibil üçündür, bayraq üçün deyil” deyə icraçıları bayrağa sayğı duymağa çağırıb. Traktorun sürücüsü bildirib ki, idarədə maşın olmadığına görə ona traktorla getməyi məsləhət görüblər.

 

 

/Oxu.az/