Azərbaycan Çinin maliyyə bazarına 500 milyon dollar yatıracaq

“Çindən müsbət cavab almışıq”…

“Çindən müsbət cavab almışıq”.

Azərbaycan Mərkəzi Bankı (AMB) Çinin maliyyə bazarına 500 mln. dollar həcmində investisiya yatırmağı planlaşdırır.

Oxu.Az “APA-Economics”-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AMB-nin İdarə Heyətinin sədr müavini Aftandil Babayev deyib.

Çinin maliyyə bazarına daxil olmağının xüsusi qaydalar tələb etdiyini deyən A. Babayev bildirib ki, bununla bağlı Çin Mərkəzi Bankından iki razılıq alınıb.

“Çindən müsbət cavab almışıq. Biz hələ bazarda iştirakçı hüququnu alırıq. Bundan sonra qiymətli kağızların keyfiyyətinə baxacağıq. Hansı məqbul olsa, o qiymətli kağızı əldə edəcəyik”, – deyə AMB rəsmisi vurğulayıb.

Digər Asiya bazarlarında valyuta yerləşdirilməsinə gəlincə, bununla bağlı xarici menecerlərlə müzakirələr aparılır. A. Babayev qeyd edib ki, müqavilə imzalanandan sonra AMB investisiya strategiyasına dəyişiklik edəcək.

Qeyd edək ki, AMB Çin bazarında 500 mln. dollar, digər Asiya bazarlarında xarici menecerlər vasitəsilə 500 mln. dollar məbləğində qiymətli kağızlar əldə etmək niyyətindədir.

www.oxu.az