Azərbaycan dünyanın ən xeyirxah ölkələri sırasında

Ölkəmiz könüllü kimi işləmədə maksimal balın 25 faizini toplayıb…

Ölkəmiz könüllü kimi işləmədə maksimal balın 25 faizini toplayıb.

Azərbaycan əhalisinin əliaçıqlığına görə dünyada 87-ci yerdədir. Ölkəmiz mümkün maksimum balın 27 faizini yığıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Charities Aid Foundation Təşkilatının hazırladığı hesabata qeyd olunub.

Bildirilir ki, Əliaçıqlıq İndeksi 3 əsas göstərici əsasında – qərib adama kömək, xeyriyyəyə verilən pul və könüllü kimi işləməyə ayrılan vaxt – müəyyən edilir.

Dünyada əhalisi ən əliaçıq ölkələr ABŞ və Myanmardır. Onlar əhalisinin əliəaçıqlığına və xeyriyyəçiliyinə görə maksimal qiymətin 64 faizini toplayıblar.

Myanmar xeyriyyəyə verilən pul göstəricisində dünyada liderdir və maksimal balın 91 faizini yığıb.

Qəribə kömək məsələsində isə ABŞ 79 faizlə liderdir. 

Qərib adama köməkdə Azərbaycana dünyada 92-ci yer verilib və Azərbaycan maksimal balın 41 faizini toplayıb. Xeyriyyəyə pul vermədə Azərbaycan 101-ci yerdıdir və maksimal qiymətin 14 faizini qazanıb.

Könüllü kimi işləmədə isə Azərbaycan 14-cü yerdədir və maksimal balın 25 faizini toplayıb.

Ermənistan bu siyahıda 124-cü, Rusiya-126, Türkiyə isə 128-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, Əliaçıqlıq İndeksi siyahısında 135 ölkə və ərazi var.

www.oxu.az