Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır…
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək.Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 23-də Azərbaycan Respublikasının Qazax rayonunun Məzəm kəndinin 2,5 km şərq istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və səhra köməkçisi Yevgeniy Şarov keçirəcəklər.Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Xristo Xristov və şəxsi köməkçisi Uilyam Prayor keçirəcəklər.
Trend.az