Azərbaycan hərbçiləri Ukraynaya girəcəklər

Rapid Trident-də 1,3 minə yaxın hərbi qulluqçu iştirak edəcək…

Rapid Trident-də 1,3 minə yaxın hərbi qulluqçu iştirak edəcək.

Ukraynanın Ali Radası ölkə prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinovun 2014-cü ildə digər dövlətlərin hərbi qüvvələrinin çoxmillətli təlimlərdə iştirak üçün Ukrayna ərazisinə buraxılması haqqında qərarını təsdiqləyib.

Oxu.Az Korrespondent-ə istinadən xəbər verir ki, müdafiə naziri Mixail Koval səkkiz təlimdə 2,5 min ukraynalı hərbçinin, həmçinin dünyanın 18 ölkəsindən (o cümlədən də Azərbaycandan – red.) hərbi qulluqçuların iştirak edəcəyini söyləyib.

Təlimlar may – noyabr aylarında baş tutacaq. Plana Rapid Trident və Sea Breeze 2014 Ukrayna-Amerika manevrləri, çoxmillətli “İşıqlı dalğa – 2014” təlimi və dağ-piyada bölmələri arasında çoxmillətli “Karpat – 2014” təlimi, Ukrayna-Moldova-Rumıniya mexanikləşdirilmiş birləşmələrinin “Cənub – 2014” təliminin keçirilməsi daxildir.

Lvov yaxınlığında baş tutacaq Rapid Trident təlimlərində 1,3 minə yaxın hərbi qulluqçu iştirak edəcəklər.

Bundan başqa, Rapid Trident-də Azərbaycan, Estoniya, Gürcüstan, Qazaxıstan, Böyük Britaniya, Danimarka, Kanada və digər ölkələrin hərbçiləri iştirak edirlər.

www.oxu.az