Azərbaycan Müdafiə Nazirliyinin bəzi hərbi hissələri ləğv olunub

Azərbaycan Müdafiə Nazirliyinin 3 hərbi hissəsi ləğv olunub…

 

 

Azərbaycan Müdafiə Nazirliyinin 3 hərbi hissəsi ləğv olunub.

 

Bu barədə APA-ya eksklüziv olaraq hərbi mənbələrdən məlumat verilib.

 

Ləğv edilmiş hər üç hərbi hissə Bakı şəhərində yerləşir.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavabda hərbi hissələrin ləğv olunması faktı təsdiqlənib.

 

«Azərbaycan Respublikasının prezidenti – Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Silahlı Qüvvələrdə islahatlar barədə tapşırıqlarının icrasını təmin etmək, müdafiə qabiliyyətini möhkəmləndirmək, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətini artırmaq məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilib», – deyə Müdafiə Nazirliyindən bildirilib.

/apa/