Azərbaycan neftinin qiyməti 4 ilin minimumuna düşdü

2014-cü ilin iyun ayında neftin qiyməti 115 dollardan baha idi…

2014-cü ilin iyun ayında neftin qiyməti 115 dollardan baha idi.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti dörd il müddətində ilk dəfə olaraq 78 dollardan ucuz oldu.

Oxu.Az Biznesİnfo-ya istinadən xəbər verir ki, dünya birjalarında son satışların nəticələrinə görə, bir barelin qiyməti 77,18 dollardan ibarətdir.   

Bakı vaxtı ilə 00.00-da “Brent” markalı neftin bir bareli dekabr fyuçerslərinə görə dünya birjalarında nisbətən yüksək – 77,65 dollar dəyərində qiymətləndirilib.  

Son ucuzlaşma birjaçılar tərəfindən 1,08 dollar və ya 1,4% kimi qiymətləndirilir, baxmayaraq ki, bir barel üçün 80 dollar olan öncəki psixoloji mühüm mərhələ növbəti ucuzlaşmaya qədər bir sutkadan az zaman ərzində dəf edilmişdi.

Məlum olduğu kimi Azərbaycan neftinin qiyməti “Brent” markalı neftin qiymətinin diskountu ilə hesablanaraq müəyyənləşdirilir.  

Son həftə ərzində “Azeri Light” neftinin bir barelinin qiyməti 7.84 dollar və ya 9,22%-ə enib. 2014-cü ilin iyununda bir barel üçün 115 dollar olub, amma o vaxtdan təxminən üçdə bir qədər düşüb. Dövlət proqnozlarında və büdcə qanunvericiliyində Azərbaycan neftinin idxalının orta hesabla dəyəri bir barel üçün 90 dollar bildirilirdi.

Ekspertlərin fikrincə, daha öncə neftin qiymətinin 80-85 dollar arasında fluktuasiyası proqnozları yenidən nəzərdən keçirməyi tələb etmirdi, amma yeni ucuzlaşma icmal büdcəsinin göstəricilərinin yenidən dəyərləndirilməsini tələb edə bilər.  

Eləcə də qeyd edək ki, “JP Morgan Chase” investisiya bankının analitiklərinin proqnozlarına görə, 2015-ci ilin əvvəlində neftin qiyməti bir barel üçün 65 dollara qədər ucuzlaşa bilər. Bu ssenari OPEK-ə üzv ölkələrin “qara qızıl” hasilatına olan kvotaların endirilməsi qərarını qəbul etmədikləri halda istisna olunmur.  

“Bloomberg” agentliyi tərəfindən keçirilən sorğuda iştirak edən analitiklərin fikrincə, qiymətin ucuzlaşması OPEK-də neft hasilatını azaltmağa hazırlaşmamalarının əlamətidir. Ən azından neftin bir bareli 70 dollara enənə qədər.   

www.oxu.az