Azərbaycan Pakistanla hərbi əməkdaşlığını genişləndirir

Zakir Həsənov Pakistana rəsmi səfər edib…

Zakir Həsənov Pakistana rəsmi səfər edib.

Pakistanın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin komandanı general Rəşad Mahmud və Azərbaycanın müdafiə naziri Zakir Həsənov hərbi əməkdaşlıq məsələlərini və bölgədə təhlükəsizliklə bağlı vəziyyəti müzakirə edib. 
 
Oxu.Az-ın “İnterfax”a istinadən xəbərinə görə, görüşdə tərəflər iki dövlətin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi və aktivləşdirilməsinə dair razılığa gəliblər.
 
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənov ötən gün Pakistana rəsmi səfər edib.

www.oxu.az