Azərbaycan prezidenti finlandiyalı həmkarını təbrik edib

“Dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”…

“Dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev finlandiyalı həmkarı Sauli Niinistönü ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısının məktubunda deyilir: 

“Hörmətli cənab prezident, ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-Finlandiya əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, dost Finlandiya xalqına daim sülh və firavanlıq diləyirəm”.   

www.oxu.az