Azərbaycan prezidenti Tailand kralını təbrik edib

“Dost Tailand xalqına sülh və rifah diləyirəm”…

“Dost Tailand xalqına sülh və rifah diləyirəm”.

Azərbaycan prezidenti İlham Əliyev Tailand kralı Bhumibol Adulyadeji ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Əlahəzrət, Tailand Krallığının milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirirəm. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Tailand xalqına sülh və rifah diləyirəm”. 

www.oxu.az