Azərbaycan-Qətər münasibətləri müzakirə olunmuşdur

Fevralın 3-də Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin Turizm Agentliyinin sədri İssa Al Mohannadi ilə görüşmüşdür…

Fevralın 3-də Azərbaycanın Qətərdəki səfiri Tofiq Abdullayev bu ölkənin Turizm Agentliyinin sədri İssa Al Mohannadi ilə görüşmüşdür.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan və Qətər arasında mədəniyyət və turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri, ölkələrin iqtisadi vəziyyəti və başqa məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Sonda səfir T.Abdullayev Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin cari il aprelin 3-5-dək Bakıda keçiriləcək XIII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisində iştirak üçün dəvət məktubunu İssa Al Mohannadiyə təqdim etmişdir.

 

AzərTAc.az