Azərbaycan və ABŞ müdafiə sənayesində əməkdaşlığı müzakirə ediblər

Nazir xarici şirkətlərin nümayəndələrini qəbul edib…

Nazir xarici şirkətlərin nümayəndələrini qəbul edib.

İyunun 12-də müdafiə sənayesi naziri Yavər Camalov Amerika Birləşmiş Ştatlarının “Bell Helicopter Textron”, “Sierra Nevada Corporation” və “FLİR Systems” şirkətlərinin nümayəndələri ilə görüşüb.

Oxu.Az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, nazir Yavər Camalov Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı məlumatları qonaqların nəzərinə çatdırıb. Şirkət nümayəndələri də öz növbəsində təmsil etdikləri şirkətlər haqqında ətraflı məlumat veriblər.

Görüşdə Azərbaycanın müdafiə sənayesi ilə Birləşmiş Ştatların müvafiq qurumları arasında müdafiə sənayesi sahəsi üzrə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nümayəndə heyətinin üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.

www.oxu.az