Azərbaycan və Ermənistan yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tərəfləri yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər. Bu barədə çərşənbə günü Trend-ə amerikalı həmsədr Yan Kellinin ofisindən bildirilib: “Tərəflər yüksək səviyyədə görüşün keçirilməsinə ehtiyac olduğuna dair razılığa gəliblər və həmsədrlər belə bir görüşün hazırlanması üçün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə birgə işləməyə davam edəcəklər “.

 

ATƏT-in Minsk qrupunun həmsədrləri may ayında Bakı və Yerevana səfərləri zamanı Azərbaycan və Ermənistan prezidentləri ilə bu il ərzində dövlət başçılarının yeni görüşünün keçirilməsi imkanlarını müzakirə ediblər. /Trend/