Azərbaycanda iki rayon qazsız qalaca

Təmir işləri aparılır…

Təmir işləri aparılır.

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a verilən məlumata görə, bu gün saat 18:00-dək Zərdab rayonuna və Ucar rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Fasilələrin yaranması qaz nəqli sistemində təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədardır.

www.oxu.az