Azərbaycanda məmur övladları niyə əsgər getmirlər? – RƏSMİ AÇIQLAMA

 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sorğuya cavab verib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama veriblər…


 Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sorğuya cavab verib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən hakimiyyətdə təmsil olunan məmur övladlarının hərbi xidmətə cəlb olunması ilə bağlı açıqlama veriblər.

Milli.Az bildirir ki, Dövlət Xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər ki, Azərbaycan Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələri ilə bağlı qanunauyğun tədbirlər görülür: “Hərbi vəzifə və hərbi xidmət haqqında ” Azərbaycan Respublikası Qanununun 12.2.1-ci maddəsinə əsasən, müddətli həqiqi hərbi xidmətə Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşlar çağırılırlar. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə əsasən, dövlət irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.

Dövlət xidmətindən hakimiyyətdə təmsil olunan məmurların övladlarına hərbi xidmət zamanı güzəştlər tətbiq olunması və bunu tətbiq edənlər barəsində görülən tədbirlərlə bağlı da açıqlama veriblər. Sorğumuza cavab olaraq bildiriblər ki, heç kəsə göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və imtiyazların verilməsindən imtina oluna bilməz: “Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir.

Yuxarıda göstərilənləri xatırladaraq qeyd edirik ki, Azərbaycan Respublikasının bütün vətəndaşları kimi hakimiyyətdə təmsil olunan məmurların övladlarının da müddətli həqiqi hərbi xidmət keçmələri ilə bağlı qanunauyğun tədbirlər görülür”.

Milli.Az