Azərbaycanın Liviya, Suriya və Livandakı səfirləri geri çağırılıb

Prezident müvafiq sərəncamlar imzalayıb…

Prezident müvafiq sərəncamlar imzalayıb.

Azərbaycanın Liviya, habelə Suriya və Livandakı səfirləri geri çağırılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Azərbaycan рrezidenti  İlham Əliyev Ağasəlim Səmədağa oğlu Şükürovun ölkənin Liviyadakı  fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamına əsasən, Mahir Məmməd oğlu Əliyev Azərbaycanın Suriya və Livandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

www.oxu.az