Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 1,35 milyard dolları ötüb

2013-cü ildə Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 1,35 milyard dollar və ya Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcminin 12,5 faizini təşkil edib. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin xarici ticarət haqqında hesabatında deyilir…

2013-cü ildə Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 1,35 milyard dollar və ya Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcminin 12,5 faizini təşkil edib. Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Milli Statistika Xidmətinin xarici ticarət haqqında hesabatında deyilir. Hesabata görə, 2012-ci illə müqayisədə iki ölkə arasında əmtəə dövriyyəsi 7,14 faiz artıb. Müqayisə üçün, 2012-ci ildə Azərbaycanla Gürcüstan arasında əmtəə dövriyyəsi 1,26 milyard dollar təşkil edib.

 

Azərbaycan Türkiyədən sonra Gürcüstanın əsas ticarət tərəfdaşıdır. /Trend/