Azərbaycanlı deputat erməniləri Bakıya dəvət etdi

“Bakı sizləri qəbul etməyə hazırdır”…

“Bakı sizləri qəbul etməyə hazırdır”.

 

Ermənistan nümayəndə heyəti ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti sessiyasına qatılmaqdan ehtiyatlandığını bildirib, lakin biz bütün qonaqları qəbul etməyə hazırıq.

 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ATƏT PA-nın Vyanada keçirilən qış sessiyası çərçivəsində çıxışında Azərbaycan nümayəndə heyətinin üzvü Rəbiyyət Aslanova deyib.

 

ATƏT PA-nın İnsan haqları, demokratiya və humanitar məsələlər üzrə ümumi komitəsinin iclasında Ermənistan tərəfi assambleyanın sessiyasının Bakıda keçirilməsi ilə bağlı iradını bildirib. R.Aslanova isə bu iradın əsassız olduğunu söyləyib:

 

“Mənim həmkarlarım bir neçə aydan sonra Bakıya gəlib əmin olacaqlar ki, bizim ölkədə tolerantlıq hökm sürür və insanlar sülh, əmin-amanlıq şəraitində yaşayır. Siz buna özünüz şahid olacaqsınız. Bakı sizləri qəbul etməyə hazırdır. Siz görəcəksiniz ki, Azərbaycan Qərbə istiqamətlənmiş demokratik ölkədir”.

 

Xatırladaq ki, ATƏT PA-nın növbəti sessiyası 28 iyun – 2 iyul tarixində Bakıda keçiriləcək.

 

/oxu.az/