
Mayın 30-da Ekologiya və Təbii Sərvətlər Nazirliyində Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev ilə görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb. Bununla yanaşı, tərəflər arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
AZƏRTAC