Azərbaycan Milli Məclisinin sədri: “Xocalı faciəsi insanlığa qarşı törədilmiş ən böyük cinayətlərdən biridir”

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb…

Bu gün Azərbaycan Milli Məclisinin növbəti plenar iclası öz işinə başlayıb.

 

APA-nın məlumatına görə, spiker Oqtay Əsədov iclası açıq elan etdikdən sonra sabah 22-ci ildönümü olan Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Spiker qeyd edib ki, Xocalı faciəsi bəşəriyyətdə insanlığa qarşı törədilmiş ən böyük cinayətlərindən biridir: “Məhz buna görə Çexiya, Meksika, Honduras, Pakistan, Macarıstan və dünyanın bir sıra digər ölkələri, o cümlədən Avropa Birliyinin 20-yə qədər ştatı Xocalı faciəsini qətliam kimi qəbul edib. Bütün bunlar Azərbaycan dövlətinin başçısının apardığı haqlı və uğurlu siyasətin nəticəsidir. O cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu faciə dünyada sürətlə təbliğ olunur”.

 

O.Əsədov deyib ki, tezliklə işğal olunmuş torpaqlar da azad olunacaq: “Çünki gündən-günə güclənən Azərbaycan dövlətinin başlıca məqsədi budur”.

 

Qeyd edək ki, iclasın gündəliyinə 4 məsələ daxildir.

/Apa/