Azərbaycan nefti ucuzlaşdı

“Brent” markalı neftin bir barelinin qiyməti 0,62 dollar azalıb…

“Brent” markalı neftin bir barelinin qiyməti 0,62 dollar azalıb.

Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti 0,5 dollar bahalaşaraq 67,38 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barelinin qiyməti 0,62 dollar ucuzlaşaraq 69,92 dollar olub.

Oxu.Az Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə istinadən xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti London birjasında 1,12 dollar ucuzlaşaraq 72,56 dollar təşkil edib.

www.oxu.az