Azərbaycan Pakistanı dəstəklədi: Biz sizinləyik

“Terrorçuluğun bütün forma və təzahürlərini pisləyirik”…

“Terrorçuluğun bütün forma və təzahürlərini pisləyirik”.

Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda törədilmiş terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.

XİN-in mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, bəyanatda bildirilir ki, Azərbaycan Respublikası 16 dekabr tarixində Pakistanın Peşavər vilayətindəki məktəbdə törədilmiş və əsasən uşaqlar olmaqla, çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumunu qəti şəkildə pisləyir:

“Azərbaycan Respublikası həlak olanların ailələrinə və qardaş Pakistan xalqına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edir. Terrorçuluqdan əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorçuluğun bütün forma və təzahürlərini pisləyir və bir daha vurğulayır ki, heç bir terror əməlinə bəraət qazandırıla bilinməz.

Azərbaycan Respublikası beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq əsasında terrorçuluğa qarşı mübarizədə Pakistan hökumətinin səylərini dəstəkləməkdə əzmlidir”.

www.oxu.az