Azərbaycan prezidenti Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar…

Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Milli Gimnastika Arenasında tikinti işlərinin gedişi ilə tanış olublar.

 

APA-nın məlumatına görə, gәnclәr vә idman naziri Azad Rәhimov dövlət başçısına və xanımına arenada görülən işlər barədə məlumat verib.

 

Bildirilib ki, arenada idmanın gimnastika növündən başqa digər növləri üzrə yarışlar, o cümlədən müxtəlif tədbirlər də keçirmək mümkün olacaq. Beynəlxalq yarışlar üçün gimnastların təlim keçmələri də nəzərdə tutulan kompleks əsas və köməkçi olmaqla, iki hissədən ibarətdir. Yarışların miqyasından asılı olaraq arenada tamaşaçı yerlәrinin sayı 6 mindәn 9 min 600-ә qәdәr artırıla bilәr.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva gimnastların məşq prosesinə baxıblar.

 

Sonda xatirə şəkili çəkdirilib.

/Apa/