Yeni qurğu gecə və gündüz ən kiçik ölçülü hədəfləri aşkar edə bilir…
Yeni qurğu gecə və gündüz ən kiçik ölçülü hədəfləri aşkar edə bilir.
Azərbaycan Rusiyadan “Terminator-2” döyüş maşınlarını almaq barədə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, “Uralvaqonzavod” korporasiyasının istehsalı olan “Terminator”ların silah dəstinə 30 millimetrlik avtomatik top, tank əleyhinə səsdən iti “Ataka-T” raketlərinin iki buraxılış qurğusu, iki avtomatik AQ-17D qumbaraatanı və çapı 7,62 millimetr olan pulemyot daxildir.
Döyüş maşınında üç operatorun olması gecə və gündüz, ən çətin hava şəraitində, 360 dərəcəlik sektorda hətta ən kiçik ölçülü hədəfləri aşkar etməyə imkan yaradır. T-72 tanklarının şassisinin bazasında yaradılmış “Terminator-2” döyüş heyətinin sayını 5-dən 3-ə endirmək mümkün olub.