Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin görüşü planlaşdırılır

“Üç ölkənin birgə hərəkət etmələri çox vacibdir”…

“Üç ölkənin birgə hərəkət etmələri çox vacibdir”.

Azərbaycan, Türkiyə və Türkmənistanın xarici işlər nazirlərinin üçtərəfli görüşü baş tutacaq.

Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkmənistanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Türkmənistan arasında əlaqələrin daha da inkişafı üçün bölgəni, hətta Avropanı çox maraqlandıracaq əhəmiyyətli layihələr müzakirə olunacaq.

“Üç ölkənin birgə hərəkət etmələri çox vacibdir. Xarici işlər nazirləri arasında olan bu üçtərəfli mexanizmin prezidentlər tərəfindən davam etdirilməsini istəyirik. Bu il Türkmənistanda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin üçtərəfli görüşünü təşkil etməyi planlaşdırırıq”.

www.oxu.az